MƏDƏNİYYƏT

Məşhur müsabiqənin iştirakçıları "Nəfəs al, Azərbaycan!" mahnısı üçün bir araya gəliblər

Mahnı 44 günlük müharibədə Ordumuzun göstərdiyi şücaətdən, müharibə dönəmində Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlıqdan bəhs edir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. "Səs Azərbaycan" (The Voice of Azerbaijan) mahnı müsabiqəsinin üzvləri bir araya gəliblər. Layihədə iştirak edən Tofiq Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnı 44 günlük müharibədə Ordumuzun göstərdiyi şücaətdən, müharibə dönəmində Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlıqdan bəhs edir: ""Nəfəs al, Azərbaycan!" adlı mahnının sözləri və musiqisi Şamil Məmmədova aiddir. Təklif də Şamil Məmmədovdan gəldi. Layihədə mahnının müəllifindən və məndən başqa NARMEEN (Nərmin Behbudova), Aliyə Novruzova, Sailor (Sona Ələsgərova), Kamran Lətifov iştirak ediblər".