BAKI, 26 yanvar — Sputnik. Rusiyanın Paris İqlim Sazişindən çıxması ilə bağlı heç bir qərar qəbul edilməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiya Federasiyasında bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Ona görə də burada hələ danışılası bir şey yoxdur" - o deyib.
İqlim dəyişikliyi üzrə Paris Sazişi 2015-ci il dekabrın 12-də Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 21-ci Konfransından sonra qəbul edilib. Sənədi 175 ölkə, o cümlədən ABŞ, Çin və Rusiya imzalayıb. Birləşmiş Ştatlar hökuməti 2019-cu il noyabrın 4-də müqavilədən rəsmən çıxıb.
ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkə 2021-ci il fevralın 19-da ona yenidən qoşulub. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gəldikdən bir neçə saat sonra ABŞ-ı yenidən Paris iqlim sazişindən çıxarıb.