BAKI, 21 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən qısa müddət sonra federal səviyyədə ölüm cəzasının bərpası haqqında fərman imzalayıb.
Bu sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
"ABŞ-ın siyasəti ölüm cəzasına icazə verən qanunların hörmətlə yanaşılmasını və tam şəkildə yerinə yetirilməsini təmin etməkdən ibarətdir", sənəddə deyilir.
Fərmanda həmçinin qeyd olunur ki, ABŞ-ın Baş prokurorunun vəzifəsi, əgər qanun tələb edirsə, ölüm cəzasının verilməsini təmin etməkdir. Trampın imzaladığı sənəddə bildirilir ki, yüksək cəza tədbiri xüsusilə ən ağır cinayətlərə, habelə hüquq-mühafizə orqanlarının əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən öldürülməsinə və qeyri-qanuni miqrantlar tərəfindən törədilən cinayətlərə görə təyin edilir.
Bildirilir ki, Donald Tramp prezidentliyinin ilk saatlarında onlarla fərman imzalayıb. Bundan əlavə ABŞ lideri Co Baydenin təsdiq etdiyi bəzi memorandumları da ləğv edib.