"Doğrudur, bununla yanaşı, hər iki tərəf öz millətindən olan insanların hüquqları və statusu məsələsini müzakirə edir. Lakin əsas məsələ ərazi bütövlüyünün tanınmasıdır. Burada əsas diqqət çəkən məqam odur ki, belə danışıqların davam etdiyi bir vaxtda Ermənistan, ABŞ ilə bir xartiya imzalayıb. Bu xartiyaya əsasən, sərhəd bölgələrində Amerika mütəxəssisləri və sərhədçilərinin yerləşdirilməsi nəzərdə tutulur. Bu məsələ də suallar doğurur, çünki Ermənistan bir tərəfdən nə istədiyini bilir, digər tərəfdən isə bölgəyə əlavə bir oyun gətirir. Bu addımın səbəbi nədir?"
"Azərbaycan torpaqları 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında olub. Təbii olaraq, istənilən xalq, istənilən dövlət bundan nəticə çıxarmalıdır ki, Azərbaycan da məhz buna görə qonşusuna etibar etmir. O ki qaldı Ermənistana, Yerevan məsələni öz arşını ilə ölçür və Azərbaycandan qorxduğu üçün bunu edir. Yaxın keçmişimiz göstərir ki, Ermənistan üstünlüyə malik olduğu vaxt istənilən mübahisəni döyüş meydanında həll etməyə üstünlük verirdi. Zənnimcə qonşularımız bu düşüncə tərzindən əl çəkməyə və etibarlı sülhün əldə olunmasına köklənməlidirlər ki, bu yol da qarşılıqlı etibardan keçir", - siyasi analitik fikirlərini tamamlayıb.