BAKI, 20 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden bazar ertəsi vəzifəyə başlayan varisi Donald Tramp tərəfindən mühakimə olunmaqla hədələnən bir sıra adamları qabaqcadan əfv edib. Bu barədə TASS ABŞ liderinin bəyanatına istinadən məlumat yayıb.

Donald Tramp, arxiv
© AP Photo / Carolyn Kaster
Bildirilir ki, əfv olunanlar arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli və Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi də var.
Həmin qərar həmçinin 2021-ci ilin əvvəlində Kapitoliya hücumunun şərtlərini araşdıran ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsinin üzvləri və bu işdə ifadə verən Kapitol Polisi və Kolumbiya dairəsinin polis məmurlarına da aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.