RUSİYA

Rusiya hökuməti "Gecəniz xeyrə qalsın, balalar" verilişini mükafatlandırdı

Məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan "Gecəniz xeyrə qalsın, balalar!" ("Спокойной ночи, малыши") proqramı 1964-cü ildən mövcuddur və bu il 60 illik yubileyini qeyd edir.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. "Gecəniz xeyrə qalsın, balalar!" ("Спокойной ночи, малыши") uşaq televiziya şousunun yaradıcıları 2024-cü il üçün KİV sahəsində Rusiya Hökuməti Mükafatına layiq görülüblər.
Bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında məlumat verilib.
Məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan proqram 1964-cü ildən mövcuddur və bu il 60 illik yubileyini qeyd edir.
Mükafat ölkənin ən yaşlı uşaq proqramlarından birinin yubileyi şərəfinə verilib. Mükafatın qalibləri aparıcı Anna Mixalkova, səsi Xryuşa obrazına məxsus səs aktrisası Oksana Çabanyuk, ssenari müəllifi Yelena Şabayeva, rejissor Natalya Sitkova və direktorlar şurası sədrinin müavini vəzifəsini tutan Valentina Mitroşenkova olublar.
Rusiyanın baş naziri Mixail Mişustin mükafatı təqdim edərkən proqramın ildönümünün Rusiyada 2024-cü ildə elan edilmiş "Ailə ili" ilə üst-üstə düşməsinin simvolikliyini vurğulayıb. O, "Gecəniz xeyrə qalsın, balalar!" verilşini ölkədə ən tanınan və sevilən proqramlardan biri kimi xarakterizə edib. Mişustinin sözlərinə görə, proqramın uğurunun səbəbləri onun yaradıcılarının maarifləndirici məzmunun yaradılmasına oynaq və əlçatan formada təklifləri, eyni zamanda işlərinə hərarət və səmimi qayğı ilə yanaşmalarıdır.
Bundan əvvəl Mixail Mişustin Aİİ-nin özünü effektiv inteqrasiya layihəsi kimi təsdiqlədiyini bildirmişdi.