HƏRBİ

Global Firepower dünyanın ən güclü ordularının reytinqini açıqladı

Bu reytinqdə Azərbaycan ordusu 60-cı yerdə qərarlaşıb. Onun Cənubi Qafqaz üzrə qonşuları - Ermənistan 91-ci, Gürcüstan isə 94-ci yerdədir.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Rusiya illik Global Firepower reytinqində ABŞ-dan sonra ikinci yeri tutub.
Agentliyin reytinq çərçivəsində 145 ölkənin hərbi güc indeksini hesablamaq üçün 60-dan çox amil, o cümlədən dövlətin maliyyə vəziyyəti, coğrafi mövqeyi, maddi-texniki imkanları və digərləri qiymətləndirilir.
Hazırkı reytinqin ilk beşlikdəki liderləri ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreyadır. Reytinqdə qeyd olunur ki, ilk beş ölkə əvvəlki illə müqayisədə dəyişməyib.
İlk onluğu Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə və İtaliya tamamlayır. Ukrayna reytinqin ikinci onluğunu (20-ci yer) tamamlayır.
Bu reytinqdə Azərbaycan ordusu 60-cı yerdə qərarlaşıb. Onun Cənubi Qafqaz üzrə qonşuları - Ermənistan 91-ci, Gürcüstan isə 94-ci yerdədir.
Reytinq cədvəlində Azərbaycanın hərbi müttəfiqləri Pakistan 12-ci, İsrail isə 15-ci yeri tutur.
"Global Firepower" həmçinin 2024-cü ildən bəri 47 ölkənin donanmalarının gücünə görə reytinqini təqdim edib. Bu təqdimata əsasən Rusiya Hərbi Dəniz Qüvvələri dünyada üçüncü yerdədir. İlk yerlədə ABŞ və Çin qərarlaşıb.
Global Firepower (GFP) 2005-ci ildən tərtib edilən reytinqdir. Dünya ölkələrinin silahları haqqında məlumat verən "Military Factory" şəbəkəsinin bir hissəsidir.
2024-cü ilin oktyabr ayının əvvəlində US News and World Report jurnalı Rusiya ordusunu dünyanın ən güclü ordusu kimi tanıyıb. Jurnalın məlumatına görə, hərbi gücə görə ikinci yeri ABŞ ordusu, üçüncü yeri isə İsrail ordusu tutur. Ukrayna Ordusu reytinqdə səkkizinci yeri tutub.