İQTİSADİYYAT

Adambaşına düşən xərclərin artacağı gözlənilir - Ekspert

Mərkəzi Banka görə, qiymәtlәrin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır. 2025-ci ildә dә xarici faktorlar – dünya bazarında әmtәә qiymәtlәrinin dinamikası inflyasiya proseslәrinә tәsir göstәrәcәk.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. "Azərbaycanda adambaşına düşən xərclərin artacağı gözlənilir. Mәrkәzi Bankın son proqnozlarına görә, 2025-ci ildә ölkədə illik inflyasiyanın 5.8% әtrafında olacağı nəzərdə tutulur. Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiymətinin tənzimlənməsi də inflyasiyaya təsir edəcək. Lakin bu il Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır, illik 4-5%-lik inflyasiya gözlənilir".
Bunu iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bu ilin inflyasiya proqnozundan danışarkən deyib.
Ekspert bildirib ki, əhalinin istehlak xərcləri də artacaq:

"Bundan başqa, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sürətli şəkildə yox, inflyasiyaya tədricən təsir edir. Ona görə bu artımın inflyasiyaya təsirləri cari ildə də davam edəcək".

İqtisadçı-ekspert Xalid Kərimli
"Bundan əlavə, minimum aylıq əməkhaqqının artması da inflyasiyaya təsir edən amildir. Çünki bir tərəfdən biznesin xərci artır, digər tərəfdən alıcılıq qabiliyyəti yüksəlir, bu da inflyasiya üçün şərait yaradır", - o əlavə edib.
"10 faizədək inflyasiya normaldır"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, müvafiq qurumlar tərəfindən inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir və ölkədə 10 faizədək inflyasiya qəbul ediləndir:

"İnflyasiya olmadan iqtisadiyyat olmaz və inflyasiya iqtisadi artımı, ixracatı stimullaşdırır. Ümumilikdə isə 10 faizədək inflyasiya normal səviyyədir".

Emin Qəribli
Mәrkәzi Bank: "2025-ci ildә illik inflyasiyanın 5.8% әtrafında olacağı gözlәnilir"
Qeyd edək ki, Mәrkәzi Bankın 2025-ci il üçün pul siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatında deyilir ki, 2025-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti inflyasiyanın aşağı vә stabil sәviyyәdә saxlanılmasına yönәldilәcәk. Pul siyasәti qәrarları yenilәnmiş makroiqtisadi proqnozlar, ortamüddәtli dövrә inflyasiyanın xarici vә daxili amillәri üzrә risk balansının dәyişimi әsasında verilәcәk. Mәrkәzi Bankın son (oktyabr 2024) proqnozlarına görә, 2025-ci ildә illik inflyasiyanın 5.8% әtrafında olacağı gözlәnilir ki, bu da hәdәfә uyğundur. Mәrkәzi Bank 2025-ci ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını müntәzәm yenilәyәcәk.
Sənəddə vurğulanır ki, qiymәtlәrin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır:

"2025-ci ildә dә xarici faktorlar – dünya bazarında әmtәә qiymәtlәrinin dinamikası, tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri vә iqtisadi aktivlik ölkәdәki inflyasiya proseslәrinә tәsir göstәrәcәk. Geosiyasi gәrginliyin davam etmәsi şәraitindә sözügedәn xarici faktorların dәyişkәn olaraq qalacağı gözlәnilir. Mәcmu tәlәbin izafi genişlәnmәsi ehtimalı, qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul vә xidmәt tariflәrinin dәyişimi, habelә inflyasiya gözlәntilәrinin artması isә qiymәt sabitliyi üçün daxili risk mәnbәlәridir".

Bir ölkə sakini orta hesabla ayda 480 manat pul xərcləyib
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manat pul xərcləyib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20,8 manat çoxdur. Pərakəndə ticarətdə xərcin 263,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 216,8 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53,8 milyard manatlıq, o cümlədən 29,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. İllik müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2%, qeyri-ərzaq malları üzrə 6,1% artıb. Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4% olub. İllik qiymət artımı ərzaq malları üzrə 4.4%, qeyri-ərzaq malları üzrə 2.2%, xidmətlər üzrə 6% təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.
Birrəqəmli inflyasiya: Baş nazir əsas vəzifələri açıqlayıb
Xatırladaq ki, "2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib". Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4.4% olub:

"Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub".

Baş nazir qeyd edib ki, əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Birrəqəmli inflyasiya: Baş nazir əsas vəzifələri açıqladı