BAKI, 14 yanvar — Sputnik. Əgər Donald Tramp ABŞ prezidenti kimi vəzifəyə başladıqdan sonra "Amerikanı daha da böyüdürsə, biz onun bu məqsədə çatmaq üçün hansı üsullardan istifadə edəcəyini diqqətlə izləməliyik. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Əgər cənab Tramp prezident postunu tutaraq ABŞ-ı daha da böyük edərsə, biz onun elan etdiyi bu məqsədə nail olmaq üsullarına çox diqqətlə baxmalı olacağıq", - Lavrov qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
© Sputnik / Кристина Кормилицына
/ "ABŞ yenidən möhtəşəm et" şüarı və onun qısaltması MAGA Donald Trampın seçki kampaniyası şüarı idi.
Son günlər ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın qalmaqallı çıxışlar edir. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Panama kanalını ölkəsinin nəzarətinə qaytarılması ilə bağlı danışıb. Həmçinin Kanadaya ərazi iddiası irəli sürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.