BAKI, 14 yanvar — Sputnik. "EarthQuake Track" layihəsi seysmik aktivlik səviyyəsinin "çox yüksək" olacağını bildirərək seysmik aktiv zonalarda zəlzələlərin sayının artdığını qeyd edib. Bu barədə "Pravda.Ru" agentliyi xəbər verir.
Öz növbəsində, vulkanologiya üzrə alimlər son iki gündə seysmik hadisələrin sayının 27% artdığını qeyd ediblər.
"Biz təxminən 3 bal gücündə kiçik zəlzələlərin sayında kəskin artım müşahidə edirik ki, bu da seysmik aktivliyin artmasından xəbər verir", - ekspertlər bildiriblər.
Alimlər xəbərdarlıq edirlər ki, güclü zəlzələlərin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün olmasa da, yaxın gələcəkdə belə hadisələrin baş vermə ehtimalı olduqca yüksəkdir.
Onlar güclü təkanların gözlənildiyi bir neçə risk zonasını qeyd ediblər:
Türkiyə
Ukrayna
Suriya
İran
Yunanıstan və İtaliya
İsrail
Bundan əlavə, alimlər seysmik aktivliyin artmasını Günəşdəki son güclü partlayışlar və güclü maqnit qasırğaları ilə əlaqələndirirlər. Lakin bəzi skeptiklər qeyd edirlər ki, Yer uzun müddət fəlakətli dəyişikliklər yaşamadan belə hallara məruz qalıb.
Xatırladaq ki, alimlər 2011-ci ildə Yaponiyada (9 bal) və Türkiyədə (7,8 bal) baş verən zəlzələlər kimi fəlakətləri geoqasırğalarla əlaqələndiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.