AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabahdan deputatlar tətildən qayıdırlar

Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Sabahdan Milli Məclisin deputatları tətildən qayıdır və komitə iclaslarının keçirilməsinə başlanılır.
Sputnik Azərbaycan xəbər verir ki, yaz sessiyası üzrə ilk komitə iclası yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək. Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.