BAKI, 14 yanvar — Sputnik. Rusiya Yaxın Şərqi tərk etmir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
"Sizin belə bir jurnalistika məktəbiniz var - əvvəlində iki bəyanat verdiniz. Birincisi "Rusiya Yaxın Şərqi tərk etdi" – bu, artıq müzakirə olunmur. İkincisi isə - "hər şeyi ABŞ idarə edir". Bundan sonra da soruşursunuz: Nə etməli?" Mən nə birinci, nə də ikinci ifadə ilə razı deyiləm. Biz Yaxın Şərqi tərk etmirik", - Lavrov qeyd edib.
Serqey Lavrov
© Sputnik / Алексей Филиппов
Qeyd edək ki, ərəb kanallarından birinin jurnalisti nazirə sual verərkən bildirib ki, Rusiyanın Yaxın Şərqi tərk etməsindən sonra orada ABŞ-ın başçılığı ilə birqütblü dünya nəzərdə tutulur, ancaq Rusiya həmişə çoxqütblü dünyanın tərəfdarı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.