RUSİYA

Lavrov qəzaya uğrayan AZAL təyyarəsindən və Azərbaycanla münasibətlərdən danışdı

Rusiyanın xarici işlər naziri Rusiya və Azərbaycan münasibətlərinin etibarlı səviyyədə olduğunu bəyan edib.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı isteriya yaratmamağa və qara qutulardakı məlumatlara dair təsdiqlənməyən informasiyalardan istifadə etməyin. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Azərbaycan Hava Yollarının Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 29 nəfər sağ qalıb.

"Onlar artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Bu, bizi bir daha inandırır ki, hərtərəfli araşdırmanı gözləməli və ümumiyyətlə, təsdiqini tapmayan məlumatlardan istifadə etməklə media məkanında gərginlik yaratmamalıyıq", - Lavrov qeyd edib.

Rusiyanın xarici işlər naziri Rusiya və Azərbaycan münasibətlərinin etibarlı səviyyədə olduğunu bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir:

"Mən onları çox yüksək qiymətləndirirəm, onlar etibarlıdır. Dövlət başçıları müntəzəm əlaqə saxlayırlar, heç bir qapalı mövzu yoxdur. Prezidentlər Vladimir Putin və İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələr axtarmağa həvəsləndirmək üçün işləri qaydaya salıblar. Bu, "Şimal-Cənub" dəhlizinə, Qafqazda və ətrafında digər nəqliyyat layihələrinə aiddir. Eyni zamanda buraya Xəzər dənizinin dayazlaşması məsələsi də aiddir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.