RUSİYA

Lavrov: Ermənistanın Aİ-yə üzvlüyü və Aİİ-də iştirakı bir araya sığmır

Lavrov Aİİ-nin inkişafı ilə məşğul olan Rusiya baş nazirinin müavini Aleksey Overçukun Aİİ və Aİ-nin uyğunsuzluğu barədə bəyanatını xatırladıb.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. İrəvanın qoşulmaq arzusunu açıqladığı Ermənistanın Avropa İttifaqına üzvlüyü Aİİ-də eyni vaxtda iştirakla bir araya sığmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Bundan əvvəl Ermənistan hökuməti Avropa İttifaqına daxil olmaqla bağlı prosesə başlamaq üçün parlamentdə baxılacaq qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Lavrov Aİİ-nin inkişafı ilə məşğul olan Rusiya baş nazirinin müavini Aleksey Overçukun Aİİ və Aİ-nin uyğunsuzluğu barədə bəyanatını xatırladıb.

"Çünki bunlar iki fərqli azad ticarət zonası, rüsumların və tariflərin azaldılması və ya ləğvi üçün iki fərqli sistemdir və üst-üstə düşmür", - XİN rəhbəri deyib.

Lavrov bildirib ki, Ermənistan və ABŞ-ın strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq qərarı iki dövlətin suveren qərarıdır.
"Eşitdim ki, Ararat Mirzoyan Blinkenlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayır. Bu Ermənistanın suveren qərarıdır. Əsas olan nə imzalandığı və onun nə adlandırıldığı deyil, onun nətcəsinin nə olacağıdır. Rusiya tərəfi ümid edir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Rusiyaya səfəri tezliklə baş tutacaq. Dialoqumuz davam edir, Ararat Mirzoyan Rusiya Federasiyasına dəvət olunub, o, dəvəti qəbul edib, biz onu gözləyirik", - Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.