BAKI, 14 yanvar — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar. Sənədin məzmunu məlum deyil. Bununla belə Ermənistanın ABŞ-la strateji tərəfdaşlığı rəsmiləşdirmək planları Ermənistanın özündə belə isti qarşılanmır. Həm Ermənistan daxilində, həm də onun xaricində bu sazişin nələrə gətirib çıxara biləcəyi ciddi müzakirə olunur. Bir qisim ekspertlər hesab edir ki, belə bir sənədin imzalanması fəaliyyəti başa çatan Bayden administrasiyasının Tramp komandasının "qucağına atıb qaçdığı bomba"dır.
Ermənistan üçün isə vəziyyət daha qaranlıq görünür. Təbii ki, Ermənistanın suveren ölkə kimi öz strateji tərəfdaşlarını seçmək kimi hüququ var. Bununla belə Paşinyan rəhbərliyindəki Ermənistanın bu tərəfdaşlığa hazır olması sual altındadır. Çünki mövcud Ermənistanın üzvü olduğu təşkilatlar onun Qərblə quracağı istənilən tərəfdaşlığın əks qütbündə dayanır. Görünən odur ki, Paşinyan da ABŞ-ın qanadları altında təhlükəsiz və güclü olmaq planları quran digərləri kimi illuziyalara qapılaraq Ermənistanı öz arxasınca aparmaqda israrlıdır.
Bəs ABŞ-Ermənistan strateji tərəfdaşlığı hansı nəticələr verə bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev xatırladıb ki, ötən ilin dekabrında ABŞ müdafiə naziri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdü:
Millət vəkili deyir ki, bu Bayden administrasiyasının Cənubi Qafqazla bağlı son siyasi gedişləridir:
"Azərbaycan öz müstəqil daxili və xarici siyasətini həyata keçirir və onlar Cənubi Qafqaz vəziyyətə nəzarət etmək üçün Ermənistandan istifadə edirlər. Yəni burada güclü strateji tərəfdaşlıq planları axtarmağa dəyməz. Ermənistandan istifadə edilməsi isə faktdır. Trampın Baydenin mriası ilə necə davranacağını zaman göstərəcək. Digər tərəfdən mən güman etmirəm ki, ABŞ-Ermənistan arasında imzalanacaq bu saziş strateji tərəfdaşlığa xidmət edəcək. Zənnimcə bu saziş çərçivəsində Ermənistana yeni layihələr üçün maliyyə yardımlarının ayrılması, silah və texnikanın verilməsi, hərbi təhsil, birgə hərbi təlimlərin keçirilməsi kimi məsələlər daxil olacaq. Amma Tramp administrasiyasının buna necə yanaşacağını bilmirik. Xatırladım ki, ABŞ belə bir sənəndi bir vaxtlar Gürcüstanla da imzalanmışdı. Biz ötə il ABŞ-Gürcüstan münasibətlərində nələrin baş verdiyini gördük. Yəni, hər şey siyasi konyekturadan asılı olaraq cərəyan edəcək".
Politoloq Elşən Manafov isə qeyd edir ki, Ermənistan bu müqaviləni Bayden administrasiyası ilə imzalayacaq.
Onun sözlərinə görə, Bayden Ukraynaya münasibətdə olduğu kimi Ermənistana da, sona qədər dəstək vermək və Cənubi Qafqazda geosiyasi vəziyyəti Rusiyanın xeyrinə olmayacaq şəkildə dəyişmək cəhdlərindən əl çəkmək istəmir:
Ekspert qeyd edib ki, Ermənistan nəqliyyatı, xususilə dəmir yolları üzərində səhmlər hüququ Rusiya şirkətlərinə aiddir. Ölkənin sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən qorunur. Ermənistan enerji təhlükəsizliyi baxımından bütünlüklə Rusiyadan asılıdır.
Politoloq xatırladıb ki, keçən həftə Ermənistan parlamentinin Avropa İttifaqına inteqrasiya ilə bağlı qəbul etdiyi qərar isə ölkə və onun hüdudlarından kənarda ciddi rezonans doğurub:
"Qərarda ölkənin Aİ-yə üzvlüklə bağlı mövqeyi var. Bu qərardan sonra Rusiya baş nazirinin müavini Overçuk Ermənistanın hər iki təşkilata eyni vaxtda təmsil olunmasını mümkünsüz sayıb. Ermənistanın Bayden administrasiyası ilə imzalayacağı müqavilə müdafiə və təhlükəsizlik sahələrini əhatə edir.Müqaviləni imzalayan Bayden administrasiyasının 1 həftəlik səlahiyyət müddəti qalıb. Bununla bağlı sualı verən jurnalistə Ermənistanın xarici işlər nazir Ararat Mirzoyan "biz muqaviləni Bayden administrasiyası ilə deyil, ABŞ hökuməti ilə imzalayırıq" deməklə, müqavilənin Tramp dönəmində də, qüvvədə olacağına eyham vurub. Halbuki, Tramp Bayden administrasiyasının Cənubi Qafqazla bağlı baxışlarını bölüşmür".