RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Deputat Böyük Britaniyanın Ukraynaya sülhməramlılar göndərmək çağırışlarını qiymətləndirdi

Şvıtkin Böyük Britaniya sülhməramlılarının Ukraynada yerləşdirilməsini qəbuledilməz hesab edir.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Münaqişənin bitməsindən sonra Böyük Britaniya sülhməramlılarının Ukrayna ərazisində görünməsi Rusiya üçün qəbuledilməzdir. Rusiyalı deputat Yuri Şvıtkin Böyük Britaniyanın keçmiş müdafiə nazirlərinin Ukrayna ərazisinə qoşun yeritmək təklifini bu cür şərh edib.
Siyasətçi xatırladıb ki, Böyük Britaniya NATO-nun üzvüdür və ona görə də hadisələrin bu cür inkişafı yolverilməzdir. Şvıtkin vurğulayıb ki, hərbi blok qüvvələrinin Ukraynada görünməsi onun işğalı demək olacaq. Eyni zamanda, Şimali Atlantika Alyansı Rusiyaya qarşı planlar hazırlayacaq ki, bu da Moskva üçün qəbuledilməzdir.
Rusiyalı deputat Yuri Şvıtkin
Deputat həmçinin Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi kontingentinin Ukraynada yerləşdirilməsi təkliflərini də qəribə hesab edib.

"Bütün bunlar dövlətimizə qarşı aqressiv və qeyri-dost siyasətdir. Bu cür sülhməramlılar bizimlə Ukrayna arasındakı bufer zonasında ola bilməzlər, çünki bu, yalnız münaqişənin bərpasına xidmət edəcək", - Şvıtkin bildirib.

Xatırladaq ki, bu yaxınlarda Krallığın keçmiş müdafiə nazirləri Qrant ŞeppsGevin Vilyamson söyləyiblər ki, Böyük Britaniya hakimiyyəti münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlılar kimi əsgər göndərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukrayna adlanan ölkə üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq - Lavrov