AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bələdiyyə seçkiləri üçün 69 minə yaxın müşahidəçi akkreditasiyadan keçib

Bildirilib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 mindən çoxdur.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68869 nəfər akkreditasiyadan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O bildirib ki, müvəqqəti məntəqələrin də yaradılması ilə bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5846-ya çatıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 mindən çoxdur.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub. Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.