BAKI, 14 yanvar — Sputnik. Ötən ilin sonunda Azərbaycan Milli Məclisi ölkənin vergi sistemində genişmiqyaslı dəyişiklikləri nəzərdə tutan Vergi Məcəlləsinə düzəlişləri müzakirə edərək qəbul edib.
Tədbirlər biznes, mədəniyyət, sosial sahə və müəyyən kateqoriyalı vətəndaşlar üçün əhəmiyyətli güzəştləri nəzərdə tutur.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Radil Fətullayev yanvarın 16-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında vergi dəyişikliklərinin mahiyyəti barədə danışacaq.
Radil Fətullayev
© Sputnik / Nigar Iskanderova
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.