BAKI, 13 yanvar — Sputnik. Rusiya iqtisadi inkişafda mühüm uğurlar əldə edib, Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalar isə RF-nın xeyrinə olub.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında fransız tarixçisi Emmanuel Toddun "Qərbin məğlubiyyəti" kitabını təhlil edərkən deyib.
"Tarixçi vurğulayıb ki, Rusiya iqtisadiyyatı və onun ÜDM göstəricisi bu gün Qərbdəkindən daha realdır. Kitabın müəllifinin fikrincə, Rusiyanın ciddi üstünlüyü ölkə Prezidenti Vladimir Putin dövrünün "yumşaq gücü"dür. Rusiya Federasiyası bütün dünyaya öz dəyərlərini tətbiq etmədən, mənəviyyat sahəsində Qərbin deqradasiyasına qarşı çıxan əksər dövlətlərdə maraqlı yaradıb" – Volodin yazıb.
O, həmçinin qeyd edib ki, SSRİ-nin dağılacağını proqnozlaşdıran Todd öz kitabında 2027-ci ilə qədər Rusiyanın Ukrayna münaqişəsində qaçılmaz qələbəsini və Qərbin süqutunu proqnozlaşdırıb.
Bundan əvvəl Volodin bildirmişdi ki, Qərbin Rusiyaya qarşı sanksiyaları onların təşəbbüskarları (xüsusən də ABŞ iqtisadi liderliyini itirib) üçün bumeranqa çevrilib.