SƏHİYYƏ

ÜST metapnevmovirus infeksiyasının pandemiya təhlükəsini görmür

Metapnevmovirus respirator infeksiyaların törədicilərindən biridir. Hava damcı yolu ilə ötürülür və onun simptomları arasında burun axması, öskürək və qızdırma var.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əmindir ki, hazırda metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur. Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus ilə telefon danışığından sonra məlumat verib.
"Dostum Tedros məni son günlərin və həftələrin qorxulu hadisələri barədə sakitləşdirdi və əmin etdi ki, hazırda sağlamlıq üçün fövqəladə vəziyyət təhlükəsi yoxdur. ÜST ekspertləri mediada bu qədər müzakirə olunan virusdan yaxşı xəbərdardırlar, bu virus bir neçə dəfə oxşar formada və adətən qışda peyda olub", – Siyarto bildirib.
Metapnevmovirus respirator infeksiyaların törədicilərindən biridir. Hava damcı yolu ilə ötürülür və onun simptomları arasında burun axması, öskürək və qızdırma var.
Dekabrın sonunda Çində virusun yayıldığı məlum olub, Qazaxıstanda da metapnevmovirusa yoluxma halları qeydə alınıb.