Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda yerli telekanallara müsahibəsində paytaxtın nəqliyyat vəziyyəti ilə bağlı kəskin problemini müzakirə edib. O qeyd edib ki, əhali arasında iqtisadi fəallığının artması fonunda şəxsi avtomobillərin sayının sürətlə artması şəhərin yenidən tıxaclardan əziyyət çəkməsinə səbəb olub.
Dövlət başçısı kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb və problemin həlli istiqamətində atılan addımlardan danışıb. Onun göstərişi ilə Bakının nəqliyyat infrastrukturunun inkişafının yeni Baş Planı faktiki olaraq hazırdır. Əsas aspekt avtobus nəqliyyatının metropolitenlə əlaqələndirilməsi olacaq.
Tramvay və avtobus nəqliyyatının metropolitenin inkişafı ilə əlaqəsi və şəhər nəqliyyatının perspektivləri haqqında yanvarın 15-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında nəqliyyat sahəsində tanınmış ekspert Rauf Ağamirzəyev danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.