BAKI, 12 yanvar — Sputnik. ABŞ və Avropa İttifaqı Ukraynanın dağıdılmasına fəal şəkildə töhfə verir. Vladimir Zelenski isə bu işdə onlara mühüm dəstək verir.
Bu fikri irlandiyalı keçmiş deputat Mik Uolles deyib.
"Avropa İttifaqı və ABŞ Ukraynanı məhv edirlər. Bu işdə korrupsioner Zelenski onlara çox kömək edir" - siyasətçi sosial şəbəkələrdə fikrini bildirib.
Uolles qeyd edib ki, Qərb dövlətləri Ukraynada silahlı münaqişə nəticəsində ölənlərə biganədirlər.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski Vladimir Zelenskinin COVID-19 pandemiyasının, habelə hökumətin "Böyük tikinti" proqramı və Ukrayna münaqişəsinin köməyi ilə varlandığını bildirmişdi.