DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fitso Kiyevi qaz tranzitinin dayandırılmasına cavab olaraq sərt tədbirlərlə hədələyib

Slovakiya humanitar yardımın çatdırılmasını, qaçqınlara dəstəyi dayandıra və Ukraynaya ekstra elektrik təchizatını məhdudlaşdıra bilər.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Rusiya qazının tranziti məsələsi həll olunmazsa, Ukraynaya qarşı sərt tədbirlər görüləcək.
Bu barədə “Reuters” xəbər verib.
Fitsonun sözlərinə görə, Slovakiya humanitar yardımın çatdırılmasını, qaçqınlara dəstəyi dayandıra və Ukraynaya ekstra elektrik təchizatını məhdudlaşdıra bilər.
"Biz Ukrayna ilə bağlı məsələlərdə Aİ-də veto hüququmuzdan istifadə edə bilərik" - Fitso qeyd edib.
Qeyd edək ki, 2024-cü il dekabrın ortalarında Ukrayna Avropa ölkələrinə 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasından qaz tranzitinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edib. Dekabrın 19-da canlı yayımda Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərindən qaz nəqli ilə bağlı müqavilənin dəqiq olaraq uzadılmayacağını təsdiqləyib. O əlavə edib ki, məhz Ukrayna tərəfi razılaşmadan imtina edib və bununla da özünü hər il 700-800 milyon dollar gəlirdən məhrum edib.
6 yanvar 2025-ci ildə Avropa Komissiyası Ukrayna nümayəndə heyətinin olmaması səbəbindən Ukrayna ərazisindən qaz tranziti ilə bağlı danışıqları ləğv edib.
10.01.25, 23:01
Ukraynaya maliyyə yardımının qarşısını ala bilərik - Fitso şərt qoydu
Slovakiya qaz tranziti problemi həll olunmazsa, Ukraynaya maliyyə yardımının qarşısını almağa hazırdır. Bunu Slovakiyanın baş naziri Robert Fitso bildirib.
"Əgər üç həftədən sonra bizə məlumat verilsə ki, Ukrayna hər şeyi əngəlləyir mən heç bir problem olmadan Ukraynaya maliyyə yardımını əngəlləyəcəm" - Fitso parlamentin Avropa məsələləri üzrə komitəsinin iclası zamanı bildirib.
Fitso Avropa İttifaqının Ukraynaya daha 50 milyard avro göndərilməsi qərarına veto qoymağa hazır olduğunu bildirib.
Yanvarın 1-də "Qazprom" Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü üçün texniki və hüquqi imkandan məhrum edildiyini, Ukraynanın "NAK Naftogaz" şirkəti ilə yanvarın 1-də etibarən müqavilənin başa çatdığını elan edib. Ukrayna hakimiyyəti əvvəllər dəfələrlə tranzit müqaviləsini uzatmağı planlaşdırmadığını bəyan edib.