BAKI, 12 yanvar - Sputnik. Sankt-Peterburqun Pulkovo hava limanı təyyarələrin qəbulu və buraxılması üçün açıqdır.
Bu barədə məlumatı "Rosaviasiya" yayıb.
"Aerodrom xidmətlərinin məlumatına görə, uçuş-enmə zolağının sürtünmə əmsalı norma daxilindədir. Sankt-Peterburq hava limanı uçuşlara xidmət göstərməyə başlayır" - məlumatda deyilir.
Bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində pis hava şəraiti ilə əlaqədar 33 təyyarə alternativ aerodromlara yönləndirilib.
"Rosaviasiya"nın rəsmisi Artyom Korenyako özünün Telegram kanalında yazıb ki, Pulkovo hava limanının uçuş-enmə zolaqlarında güclü qar yağır. Sankt-Peterburqa uçan 33 təyyarə alternativ aerodromlara göndərilib. Onlar ilk növbədə Moskvaya eniblər.
***
Pulkovo sərnişinləri uçuşlar bərpa olunana qədər su ilə təmin olunub.
Hava limanından verilən məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən dayandırılmış uçuşlar bərpa olunana qədər Pulkovo hava limanında sərnişinlər su ilə təmin edilir.
Daha əvvəl bildirilmişdi ki, bazar günü səhər hava limanı uçuş-enmə zolaqlarını qardan təmizləmək üçün təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.
"Hazırda əlverişsiz hava şəraiti Pulkovo hava limanında təyyarələrin qəbulu və yola salınmasının bərpasına imkan vermir. "Sərnişinlərin, baqajın, yükün havada daşınmasının ümumi qaydaları və sərnişinlərə, yükgöndərənlərə, alıcılara xidmətə dair tələblər”ə əsasən ( FAP-82), uçuşunu gözləyən sərnişinlərə sərinləşdirici içkilər veriləcək” - hava limanının Telegram kanalı məlumat yayıb.
Xüsusilə, daxili gediş zonasında su 6 və 11 nömrəli minmə qapılarında, beynəlxalq gediş zonasında isə minmə qapılarında verilir.
***
Rusiyada Peterburq hava limanı Pulkovo hava limanı əlverişsiz hava şəraiti səbəbindən təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb.
Məlumatı hava limanının mətbuat xidməti yayıb.
“Pulkovo hava limanı çətin hava şəraiti ilə əlaqədar təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb” - məlumatda deyilir.