DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Rusiya əleyhinə sanksiyalardan qorxmağa başlayıb: ABŞ-ın özünə zərər verəcək

Bayden bu cür məhdudiyyətlərin ABŞ-da benzinin bahalaşmasına təsir edə biləcəyini də qeyd edib.
Sputnik
BAKI, 12 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden Rusiyanın enerji sektoruna tətbiq edilən sanksiyaların ölkənin iqtisadi inkişafını ləngitmək məqsədi daşıdığını bildirib.
Dövlət başçısının Ağ Evdə çıxışı zamanı o, tətbiq edilən sanksiyaların nəticələrini şərh edib.
Onun sözlərinə görə, bu tədbirlər Rusiya Federasiyasının iqtisadi artımına əhəmiyyətli təsir göstərəcək.
Bayden bu cür məhdudiyyətlərin ABŞ-da benzinin bahalaşmasına təsir edə biləcəyini də qeyd edib, lakin yanacağın qiymətində yalnız cüzi artım gözlədiyini vurğulayıb.
Əvvəllər bildirilmişdi ki, xammal müəyyən edilmiş qiymət həddi ilə alınarsa və sanksiya tətbiq edilən şəxslərin iştirakı olmadıqda, ABŞ şirkətləri Rusiya neftinin və neft məhsullarının daşınması üzrə xidmətlər göstərə bilər.