BAKI, 11 yanvar — Sputnik. Çin orta intellekt əmsalı (İQ) səviyyəsinə görə dünyada birinci, İran və Cənubi Koreya ikinci və üçüncü, Rusiya isə altıncı yerdədir. Bu statistikanı Beynəlxalq İQ Reyestri (International IQ Organization) təqdim edib.
Reytinq 127 ölkədən 1,4 milyon insanın test nəticələrinə əsasən tərtib edilib. Bütün respondentlər intellektual qabiliyyətlərini qiymətləndirmək üçün eyni tapşırıqları yerinə yetiriblər.
Çin sakinlərinin orta göstərici 107,43 bal, İran vətəndaşlarının 106,63 bal, Cənubi Koreyadan olanların isə 106,57 bal səviyyəsində olduğu qeyd edilib. Dördüncü və beşinci yerləri Yaponiya (106,54 bal) və Sinqapur (105,25 bal) tutub. 2024-cü ildə orta dünya iQ göstəricisi 100 səviyyəsində qeydə alınıb.
Rusiya vətəndaşlarının orta İQ səviyyəsi 103,31 bal təşkil edib. Nəticə 2023-cü ildən bəri yaxşılaşıb. Qeyd edilən ildə Rusiya sakinlərinin orta İQ səviyyəsi 100,64 bal təşkil edib.
Bundan əvvəl Ukraynanın yenilənmiş İQ səviyyəsi reytinqində Avropada sonuncu, dünyada isə 78-ci yeri tutduğu bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.