CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oleq Bakinski ilə birgə ittiham olunan şəxs Ukraynada nazir müavini işləyib

Oleq Bakinski ilə birgə ittiham olunan Konstantin Kuçer İspaniyada qaçaqmalçılıqda təqsirli bilinərək beynəlxalq axtarışa verilib.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, Oleq Bakinski ilə birgə ittiham olunan Konstantin Antonoviç Kuçer İspaniyada qaçaqmalçılıqda təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O da qeyd olunub ki, həmin şəxs 2010-2011-ci illər ərzində Ukrayna müdafiə sənayə nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib (APA).
Cinayət işi üzrə Oleq Bakinski ilə yanaşı Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
03.08.24, 13:29
Ukraynalı kriminal avtoritet Oleq Bakinskinin Bakıda niyə həbs edildiyi bəlli olub
Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivinin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.
Ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.
Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.
Oleq Bakinskinin əməli sübuta yetirilərsə, maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (Report).
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN-in mətbuat xidməti təsdiq edib.