DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın Qrenlandiyaya hücumu dünyanın ən qısa müharibəsi ola bilər

Danimarka Beynəlxalq Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ulrik Pram Qad deyib ki, Qrenlandiyanın heç bir müdafiə potensialı yoxdur.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həqiqətən də Qrenlandiyanı zorla ələ keçirmək təhlükəsini həyata keçirsəydi, "bu, dünyanın ən qısa müharibəsi olardı".
Bu sözləri Danimarka Beynəlxalq Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ulrik Pram Qad deyib.
"Qrenlandiyanın heç bir müdafiə potensialı yoxdur. Amerikalılar sükan arxasında idi", tədqiqatçı qeyd edib.
Həmçinin bildirilir ki, Tramp dünyanın ən böyük adasını ələ keçirmək üçün hərbi gücdən istifadə imkanlarını istisna etməkdən imtina edərkən bütün Avropanı şoka salıb.
Bundan əlavə, ABŞ ordusunun Qrenlandiyanın ələ keçirildiyi təqdirdə necə hərəkət edəcəyi ilə bağlı sxem də təqdim edilib. ABŞ böyük müdafiə büdcəsinə malikdir. Onların silahlı qüvvələrinin 1,3 milyon şəxsi heyəti var.
Bununla belə, qeyd edilir ki, Danimarka son vaxtlar adanın təhlükəsizliyini gücləndirib və iki patrulu maliyyələşdirib. Ancaq ölkənin cəmi 17 min əsgəri var. Ölkənin hərbi texnikasının böyük hissəsi Ukraynaya verilib.
Xatırladaq ki, bu yaxınlarda Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı əsas planı açıqlanıb.