RUSİYA

Rusiya və ABŞ liderlərinin görüşü barədə xəbərlərə Kremldən reaksiya

Moskva Trampın Rusiya prezidenti ilə dialoq qurmaq istəyini alqışlayır, lakin hələlik görüş üçün konkret plan yoxdur.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında təmasların təşkili üzrə tədbirlər Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinə başlayanda başlayacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Moskva Trampın Rusiya prezidenti ilə dialoq qurmaq istəyini alqışlayır, lakin hələlik görüş üçün konkret plan yoxdur.
"Biz görüşə qarşılıqlı hazırlıqdan yanayıq, lakin çox güman ki, cənab Tramp Oval kabinetə daxil olduqdan sonra artıq müəyyən fəaliyyətlər olacaq", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Xatırladaq ki, daha əvvəl yayılmış məlumatda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onunla görüşmək istəyini bildirib və belə bir görüş artıq "təşkil olunur".
Floridadakı Mar-a-Laqo iqamətgahında respublikaçı qubernatorlarla görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsi mövzusunu şərh edib və Putinlə danışıqlar planlarını açıqlayıb.
"O, (Putin) mənimlə görüşmək istəyir, biz bu görüşü təşkil edəcəyik. Prezident Putin görüşmək arzusunu açıq şəkildə ifadə edib. Biz bu müharibəni dayandırmalıyıq, bu, çox qanlıdır", - deyə Tramp mümkün görüşün vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.