DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya döyüş meydanında qeyri-standart qərarlar sayəsində Ukraynanı məğlub edəcək

Qərb qəbul etməlidir ki, rusiyalılar daha böyük strateji dərinliyə, innovativ həllər tapmaq, döyüş meydanındakı vəziyyətə uyğunlaşmaq qabiliyyətinə görə qalib gələcəklər.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Rusiya döyüş meydanında innovativ qərarlar verməklə Ukraynadakı münaqişədə qalib gələcək.
Bu barədə ABŞ-ın "The National Interest" jurnalı yazır.
"Qərb qəbul etməlidir ki, rusiyalılar daha böyük strateji dərinliyə və innovativ həllər tapmaq, eyni zamanda döyüş meydanındakı vəziyyətə uyğunlaşmaq qabiliyyətinə görə qalib gələcəklər" - nəşr qeyd edib.
Nümunə kimi nəşr Rusiya ordusunun pilotsuz təyyarələrə qarşı "manqal-tanklardan" istifadə etməsini göstərib.
Yeri gəlmişkən, ABŞ-ın "The Washington Post" qəzeti daha əvvəl bəyan etmişdi ki, Ukrayna münaqişəyə bundan sonra heç bir il də davam gətirə bilməyəcək. Jurnalistlər Kiyev üzərində asılmış məğlubiyyət təhlükəsini və Rusiya Silahlı Qüvvələrinin hərəkətlərində "dönüş nöqtəsini" qeyd ediblər.