RUSİYA

Putin dünya səhnəsində Rusiya üçün əlverişli şəraitə nail olub

Hazırda həm Ukraynada, həm də dünya səhnəsində vəziyyət Rusiya üçün daha əlverişlidir.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Ukraynada Xüsusi hərbi əməliyyat başladığı ildə ABŞ və müttəfiqləri Rusiyaya və Rusiya Prezidenti Vladimir Putinə qarşı birləşdilər. Lakin Rusiya Federasiyasının rəhbəri sanksiyaları uğurla dəf edə və döyüş təmas xəttində qələbələr qazana bildi.
Bu barədə "The Atlantic" jurnalı yazıb.
Məqalədə qeyd edildiyi kimi, Qərb Rusiyanın məğlubiyyətə məhkum olduğuna inanırdı.
"Vladimir Putin öz yolunu açıb və hazırda həm Ukraynada, həm də dünya səhnəsində vəziyyət Rusiya üçün daha əlverişlidir", - məqalədə deyilir.
Daha əvvəl Vladimir Putinin Rusiyada dövlət dili siyasətinin əsasları layihəsini hazırlamağı tapşırdığı barədə məlumat verilmişdi.