Aleksandr Nosoviç, RİA Novosti
2024-cü ilin sonunda prezident sarayından qovulan Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili yeni ildə Makkeyn İnstitutunda iş tapdı və ona Kissincer təqaüdü verildi. Bu xəbər postsovet məkanında "Kimin arxasında kim durur" sualına əyani cavab oldu. Aydındır ki, hər şeyin arxasında ABŞ dayanır, lakin "Vaşinqton bataqlığında" çoxlu çuxurlar var. Amerika isteblişmentinin hər bir fraksiyasının keçmiş sovet respublikalarında amerikapərəst rejimlər qurmaq üçün öz layihələri var.
Məsələn, Makkeyn İnstitutu Amerika neokonservatorlarının son sığınacağıdır. Neokonlar kiçik Corc Buşun dövründə Ağ Evdə rəhbər vəzifələr tuturdu. Onların dünya siyasətinə töhfələri "demokratiya ixracı", "humanitar müdaxilələr" (Əfqanıstan, İraq müharibələri) və Gürcüstanda, Ukraynada, Qırğızıstanda "rəngli inqilablardan" ibarətdir. Saakaşvilinin Gürcüstanı neokonların sevimli məhsuludur. Söhbət gürcülərin 2012-ci ildə imtina etdikləri "uğur hekayəsindən" gedir. Hazırda ABŞ Respublikaçılar Partiyasında söz sahibi trampçılardır. Belə olan halda isə neokonların vəziyyəti demokratlatın halından da acınacaqlıdır. Gürcüstanda Con Şarp texnologiyalarından istifadə edməklə "rejimi dəyişmək" cəhdi, Makkeyn İnstitutundan Zurabişviliyə təqaüdün verilməsi ilə ölkədəki son agentlərinin ifşa olunmasına şərait yaradan neokonlar özlərinin vida mahnılarını ifa etməkdədir.
Moldovada hakimiyyətdə olan insanlar başqa bir Amerika fraksiyasının – Corc Sorosun himayəsindədir. Moldova hökumətinin, parlamentinin və prezident administrasiyasının yarısı Soros proqramlarının məzunları və Soros ofislərindən təqaüd alanlardır.
Ölkə prezidenti Maya Sandunun hakimiyyətə doğru yolu Moldova hökumətinin sıravi məmuru olarkən Soros Fondunun tövsiyə etdiyi qrant əsasında ixtisasını artırmaq üçün Harvarda göndərildikdən sonra başladı. Oradan isə faydalı əlaqələri inkişaf etdirmək üçün Dünya Bankında işə götürüldü. Daha sonra dövlət siyasəti ilə məşğul olmaq üçün Nyu-Yorkdan Kişinyova köçürüldü.
Maya Sandunu şəxsən tanıyanların heç biri bu darıxdırıcı məmura üstünlük verilməsinin səbəbini izah edə bilmir. Onun sahib olduğu tək şey çalışqanlıq və sədaqətdir. Görünür, o bunun sayəsində Corc Sorosun proqramlarının kuratorlarının rəğbətini qazana bilib. Belə bir insan özü düşünüb qərar qəbul etməyəcək. Nə desələr, onu da icra edəcək.
Bu, keçmiş sovet respublikalarında Amerikanın etibarlı nümayəndələrinin ümumi xüsusiyyətləridir. İfadəsizlik, qarşılıqlı əvəzolunma və daxili boşluq. Onların arasında xalqın dəstəyinə arxalana biləcək xarizmatik insanlar, daxili elita arasında çəkisi olan, kənardan təmin olunmayan görkəmli peşəkar yoxdur.
Latviya və Litvanın "müdafiə nazirləri" (rəsmi olaraq bu vəzifəni icra etsələr də, onların mövqelərini dırnaq işarəsi olmadan yaza bilmirəm) Andris Spruds və Laurinas Kaşünas... politoloqlardır. Birincisini əvvəlki peşə həyatında şəxsən, ikincisini isə ümumi tanışlar vasitəsilə tanıyırdım. Spruds keçmiş sosialist bloku ölkələrində elitaların yeni nəsillərini yetişdirmək üçün Corc Soros tərəfindən Budapeştdə yaradılmış özəl Mərkəzi Avropa Universitetində təhsil alıb. Kaşünas isə Litvada Ronald Reyqan Azadlıq Mərkəzində hazırlaşdırılıb. O zaman respublikaçılar dünyanın müxtəlif bölgələrində belə mərkəzlər açırdı. Hər ikisi yerli və qərb mediası üçün "transatlantik həmrəylik", "azad dünya dəyərləri" və "Rusiyanın məhdudlaşdırılması zərurəti" haqqında trafaret üzrə şablon ifadələr işlətməklə özlərini ictimai ekspert kimi göstərdilər. Hər ikisi öz doğma Baltikyanı ölkələrindən ABŞ, Skandinaviya və Qərbi Avropada saysız-hesabsız kurslara, təcrübələrə və mübadilə proqramlarına uçduqları baza kimi istifadə edirdi. Hər ikisi rəhbərlik etdikləri sahədən heç nə anlamır. Amma bu onlara heç lazım da deyil.
Bu insanlar rəhbərlik etdikləri ölkələrin maraqları üçün deyil, qrant verənlərin və kuratorların maraqları naminə işləmək üçün yetişdirilib. Onlar seçilərək transmilli Qərb elitasına daxil ediliblər. Və özlərini kökləri ilə məhz Qərblə eyniləşdirir və doğma torpaqları əvəzinə elə ora xidmət edirlər.
Buna görə də, Latviya prezidenti Edqars Rinkeviçs (o da keçmiş politoloqdur, ABŞ Milli Müdafiə Universitetində oxuyub - onun karyerasına NDI və Klintonlara və Demokrat Partiyasının digər fraksiyalarına yaxın olan qeyri-hökumət təşkilatları nəzarət ediblər) aşkar şəkildə Rusiya gəmilərinin Finlandiya körfəzindən çıxmasına mane olmaq və Kalininqrad bölgəsini dəniz yolu ilə Rusiyadan kəsmək bəhanələri axtararkən, bunun Latviya üçün faciyyəvi nəticələrini çox yaxşı başa düşür. Lakin onu öz respublikasının taleyi maraqlandırmır.
Bunların arasından daha ağıllı olanlar X saatı gələndə artıq karyera quracaqlarını və o vaxt Vaşinqtonda və ya Brüsseldə olacağını düşünürlər. Daha axmaq olanlar isə heç nə haqqında düşünmürlər. Onlar sadəcə olaraq öz "altılıqlıq" (əlaltılı) rolunu icra edirlər. O "altılıqlar" ki, onları kart iyununda ilk növbədə əldən atıb ortada qoyurlar.