DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada rusiyayönlü partiyaların sayı artır

Avropalıların əhval-ruhiyyəsinin dəyişməsinə təsir edən səbəblər arasında Aİ əhalisinin həyat səviyyəsinin ümumi şəkildə aşağı düşməsi və enerji qiymətlərinin kəskin artmasını göstərmək olar.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Avropa İttifaqında Ukraynadakı münaqişəyə son qoymağı müdafiə edən və Rusiya ilə diplomatik əlaqələrin kəsilməsinin mənfi nəticələri barədə xəbərdarlıq edən siyasi qüvvələrə dəstək artır.
Bu barədə Polşanın "Fakt" nəşri xəbər verib.
Avropalıların əhval-ruhiyyəsinin dəyişməsinə təsir edən səbəblər arasında Aİ əhalisinin həyat səviyyəsinin ümumi şəkildə aşağı düşməsi və enerji qiymətlərinin kəskin artmasını göstərmək olar.
"Bu amillərin Ukraynada davam edən münaqişə ilə əlaqəsi bir çox Avropa ölkələrində elektoratın siyasi əsas axına qarşı səs verməsinə səbəb olur" - məqalədə qeyd edilib.
Avropalılar getdikcə daha çox inanırlar ki, Ukrayna münaqişəsinin tezliklə sona çatması əvvəlki həyat şəraitinə - "rifah dövrünə" qayıtmağa imkan verəcək.
Bundan əvvəl bildirilib ki, Rusiya qazının tədarükünün dayandırılmasından sonra onun Aİ-yə dəyəri 2023-cü il səviyyəsi ilə müqayisə oluna biləcək rekord həddə çatıb.