BAKI, 10 yanvar — Sputnik. ABŞ hazırkı rəhbərliyi altında Ukraynadakı münaqişənin davam etdirilməsi üçün hər şeyi etməyə davam etmək niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Pentaqon katibi Lloyd Austin Ukraynaya hava hücumundan müdafiə raketləri, F-16 qırıcıları üçün avadanlıq və sursatdan ibarət 500 milyon dollarlıq yardım paketinin ayrıldığını təsdiqləyib.
"Biz görürük ki, ölkələr öz siyasi iradələrini bəyan etməkdə və Ukraynanı dəstəkləməkdə davam edirlər. ABŞ səlahiyyət müddətinə 10 gün qalmış hazırkı rəhbərliyi altında Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir. Təbii ki, Avropa ölkələri də bu ümumi xəttin ardınca gedirlər", - Peskov qeyd edib.
50-dən çox ölkəni birləşdirən Ramşteyn əlaqə qrupu 2022-ci ilin yazında Ukrayna Silahlı Qüvvələrində sovet tipli sursat çatışmazlığı fonunda Ukraynaya kömək etmək üçün yaradılıb. "New York Times" qəzetinin yazdığına görə, qrup ABŞ Bayden administrasiyasının Rusiyanı dayandırmaq üçün qlobal strategiyasının əsas elementinə çevrilib və səlahiyyət müddəti ərzində Ukraynaya 126 milyard dollardan çox hərbi yardım edib.