BAKI, 10 yanvar — Sputnik. Texnologiyalar üzrə Avropa komissarı Henna Virkkunen yaxın vaxtlarda "X" sosial şəbəkəsinə qadağa qoyulacağını açıqlayıb.
Bu barədə Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə məlumat verib.
"O, indicə Avropa Komissiyasının (AK) İlon Maska qarşı işdə qətiyyətlə irəliləyəcəyini bildirən yazı dərc edib", siyasətçi qeyd edib.
Qeyd olunur ki, Avropa Komissiyası Tyerri Breton və Jan-Noel Barro kimi digər siyasətçilərin təzyiqlərinə belə reaksiya verib. Filippo iddia edir ki, "avrofaşistlər" messencerdən senzura tələb ediblər.
Siyasətçi vurğulayır ki, Avropa İttifaqı (Aİ) sadəcə olaraq metanın dəyişməsindən, ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp və Mask tərəfindən əsən "azadlıq küləyi"ndən qorxur.
Filippo həmçinin Aİ-nin hərəkətlərini əsl "Avropa faşizmi" adlandırıb. O, 2025-ci il yanvarın 11-də axşam saatlarında Parisdə söz azadlığına dair milli manifestə həsr olunacaq görüş keçiriləcəyini açıqlayıb.