BAKI, 10 yanvar — Sputnik. 2024-cü ilin dekabr ayında Almaniyanın "Rheinmetall" sənaye konserni Ukrayna Silahlı Qüvvələrinə ilk dəfə olaraq "Lynx" adlı zirehli piyada döyüş maşını göndərib.
Bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitun" nəşri xəbər verib.
Nəşr bildirib ki, "Lynx" zirehli piyada döyüş maşını Ukraynada "sınaqdan keçir".
"Maşın hazırda orada silahlı qüvvələrdə sınaqdan keçirilir ki, onun seriyalı istehsalı mümkün qədər tez başlasın" - məqalədə deyilib.
Bu barədə "Rheinmetall" şirkətinin baş direktoru Armin Papperqer bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın "Rheinmetall" müdafiə konserninin Ukraynada işə saldığı müəssisənin Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi olduğunu bildirib.
Bundan əvvəl Pentaqon bildirib ki, Kiyevə dəstək üçün əlaqə qrupu Ukrayna Silahlı Qüvvələrinin "ehtiyaclarını" təsdiq edəcək.