DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alman siyasətçilərini Maska görə X-də hesabları bağlamağa çağırıblar

Almaniyanın ayrı-seçkiliklə mübarizə üzrə komissarı Ferda Atamanın fikrincə, İlon Maska məxsus sosial media platforması "dünyanın ən varlı adamının siyasi təsir alətinə" çevrilib.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Almaniya hökumətinin üzvləri ABŞ-dan olan milyarder İlon Maskın Almaniya siyasəti ilə bağlı paylaşımlarına görə X sosial şəbəkəsində (keçmiş Twitter) hesablarını bağlamağa çağırılıblar.
"Bloomberg" xəbər verib ki, bu çağırışı Almaniyanın ayrı-seçkiliklə mübarizə üzrə komissarı Ferda Ataman edib.
Onun fikrincə, İlon Maska məxsus sosial media platforması "dünyanın ən varlı adamının siyasi təsir alətinə" çevrilib.
"Bloomberg" xatırladıb ki, Mask Almaniya kansleri Olaf Şolts və Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri tənqid edib. Bundan başqa, sahibkar dəfələrlə ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasını dəstəklədiyini bildirib.
Bundan əvvəl Mask Almaniyanın vitse-kansleri Robert Habeki "alman xalqının xaini", Almaniya kansleri Olaf Şolstu isə "axmaq" adlandırmışdı.