BAKI, 9 yanvar — Sputnik. Rusiya qazının Avropaya tədarükünün dayandırılmasından faydalanan ABŞ-dır, o, öz mayeləşdirilmiş təbii qazının tədarükünü daha yüksək qiymətlər tətbiq edib. Bu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, bu vəziyyətdən faydalanan Amerika Birləşmiş Ştatlarıdır. ABŞ öz mayeləşdirilmiş təbii qazının daha yüksək qiymətlərlə tədarükünü əhəmiyyətli dərəcədə artırıb. Biz bilirik ki, LNG üçün spot qiymətlər daha yüksək dəyişkənliyə məruz qalır və bu, rəqabət qabiliyyətini azaldır. Sonda isə bu Avropa iqtisadiyyatının zəifləməsi və Avropa dövlətlərinin vətəndaşlarına problemlər yükləyir", - Peskov bildirib.
O qeyd edib ki, bu, heç kimin inkar edə bilməyəcəyi və bəyan edilə bilən və edilməli bir vəziyyətdir.