RUSİYA

Rusiya Cənubi Qafqazda sülh mühitinin qurulmasında maraqlıdır - Peskov

Peskov bildirib ki, son günlər Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında heç bir əlaqə olmayıb.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Rusiya Cənubi Qafqazda sülh, sabitlik və etimad mühitinin qurulmasında maraqlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Cənubi Qafqaz bizim üçün uzaq region deyil. Əslində, bu regionda sülh, sabitlik, qarşılıqlı etimad və təhlükəsizlik mühitinin mövcud olmasını istəyirik. Bizim həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu əlaqələrin daha da inkişafı üçün əlimizdən gələni etmək niyyətindəyik", - Peskov bildirib.
Peskov bildirib ki, son günlər Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında heç bir əlaqə olmayıb.