RUSİYA

Rusiya Dəməşqə yardımı davam etdirmək niyyətindədir - Nebenzya

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Suriyaya necə yardım edəcəyindən bəıhs edib.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Suriyada hakimiyyət dəyişikliyindən sonra da Rusiya Dəməşqə humanitar yardım da daxil olmaqla “müxtəlif yardım” göstərməyə davam etmək niyyətindədir. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Biz xüsusilə Suriya xalqına humanitar yardımın tədarükü, münaqişə zamanı dağılmış sosial infrastrukturun bərpası və hərbi əməliyyatlardan sonra suriyalı qaçqınların və müvəqqəti köçkünlərin geri qaytarılması üçün maddi bazanın yaradılması məsədilə ixtisaslaşmış beynəlxalq qurumlar vasitəsilə müxtəlif yardımlar göstərməyi davam etdirmək niyyətindəyik”, - Nebenzya BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifətin rəhbərliyi ilə əlaqə qurub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib - Rusiya Federasiyası onlara sığınacaq verib. Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.