"Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub", - XİN rəısmisi bildirib.
"Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycan İcmasının nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər", - A.Hacızadə fikirlərini tamamlayıb.