BAKI, 8 yanvar — Sputnik. Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə nəqliyyat və əkin sahələrinə tətbiq edilən vergiləri ləğv edib. Bunu dövlət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.
"Əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalanıb.
Sənədə əsasən, ölkənin Nazirlər Kabinetinə iki ay müddətində avtonəqliyyat vasitələri vergisinin ləğvini və keçmişdə bu vergini ödəməyən şəxslərin məsuliyyətdən azad edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etmək tapşırılıb. Fərmanla, həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə əmlak vergisinin dərəcəsi 2025-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək 0 faiz müəyyən edilib.
Nəqliyyat vergisi ölkədəki bütün avtomobil sahibləri üçün məcburi idi. Bu rəqəm avtomobilin mühərrikinin həcmindən asılı olaraq orta hesabla ildə 20-30 dollar idi.
Bundan əvvəl "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisinə başlanıldığı barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.