"Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda arasında üçtərəfli görüş keçirilib. Tərəflər bu görüşün əməkdaşlığın və regional inteqrasiyanın gücləndirilməsi istəyini daim vurğulayan üç ölkənin dövlət başçıları - Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının lideri Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon arasında dövlət sərhədi məsələləri üzrə əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində keçirildiyini qeyd ediblər", - məlumatda bildirilir.
"Görüşün yekunlarına əsasən hökumət başçıları bugünkü görüşün xalqların və ölkələrin rifahı naminə regionun gələcək onilliklər üçün taleyini müəyyən edəcəyinə əmin olduqlarını ifadə ediblər. Gələcəkdə baş tutacaq dövlət başçılarının görüşü qardaş ölkələr arasında mehriban qonşuluq münasibətlərinin və çoxşaxəli tərəfdaşlığın inkişafına töhfə verəcək", - mətbuat xidmətindən qeyd edilib.