BAKI, 8 yanvar — Sputnik. Rusiya döyüş meydanında qeyri-standart qərarlara görə Ukraynadakı münaqişədə qalib gələcək. Bu barədə ABŞ-ın "National Interest" nəşri qeyd edib.
"Qərb rusiyalıların innovativ həllər axtarıb tapmaq və döyüş meydanındakı vəziyyətə uyğunlaşmaq bacarığı sayəsində qalib gələcəkləri ilə barışmalıdır", - nəşr yazır.
Nümunə kimi materialda Rusiya hərbçilərinin Ukrayna pilotsuz təyyarələrinə qarşı "Çar-manqal" tanklarından uğurla istifadə etməsi göstərilir.
Bu yaxınlarda məlum olub ki, Rusiya ordusunun istifadə etdiyi "Çar-manqal" adlanan T-72 tankı xüsusi hərbi əməliyyat (XHƏ) zonasında döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) müxtəlif sursatlarının 100-dən çox zərbəsinə tab gətirib.
"KP.RU" saytı rusiyalı döyüşçülərin PUA-lardan qorunmaq üçün texnikanı necə "modernləşdirdiyini" izah edib. Onlar cəbhə xəttini tərk etmədən müdafiəni hazırlayırlar. Rusiya hərbi-sənaye kompleksi də dövrün çağırışlarına uyğunlaşır və zavodlardan birbaşa olan yeni tanklar artıq standart "manqallar" ilə gəlirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.