BAKI, 8 yanvar — Sputnik. Yanvarın 9-da Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə yeni milli layihələrin başlanmasını müzakirə etmək üçün onlayn görüş keçirəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib.
Məlumatda bildirilir ki, hökumət üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirəcək. Rusiya baş nazirinin müavini Aleksandr Novak təqdimatla çıxış edəcək.
İclasda bir sıra cari məsələlərə baxılacağı gözlənilir.
Bundan əvvəl Rusiya hökuməti 2025-ci il üçün bayram və həftə sonları təqvimini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın baş naziri Mixail Mişustin ölkənin 2030-cu ilə qədər Məkan İnkişafı Strategiyasını 2036-cı ilə qədər proqnozla təsdiq edən fərman imzalayıb. Strategiya həmçinin kadr çatışmazlığının azaldılmasını, kömür sənayesində investisiya layihələrinin həyata keçirilməsini inkişafını nəzərdə tutur. Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullinin sözlərinə görə, yeni Məkan İnkişafı Strategiyası regionlar, Federasiya Şurası, Dövlət Duması və ekspert icmasının təklifləri nəzərə alınmaqla hazırlanıb.
Qeyd olunur ki, üç ay ərzində İqtisadi İnkişaf Nazirliyi digər maraqlı orqanlarla birlikdə strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planını təqdim edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.