BAKI, 8 yanvar — Sputnik. Ermənistan tərəfi iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası təklifinə Azərbaycanın ilkin reaksiyasını müsbət hesab edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Noyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra İrəvan Bakıya regional kommunikasiyaların açılması ilə bağlı təkliflər göndərib ki, bu da hər iki tərəf üçün məqbul sayıla bilər.
Ermənistan XİN rəhbəri deyib ki, təklif sadələşdirilmiş gömrük və sərhəd keçidlərindən, yüklərin daşınması üçün əlavə təhlükəsizlik mexanizmlərindən bəhs edir. Onun sözlərinə görə, bu təklifə Bakının cavabını gözləyirlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır", - prezident vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.