BAKI, 8 yanvar — Sputnik. Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 8-də keçirilən iclasında bildirib.
O bildirib ki, bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 148 nəfərdir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkiləri üçün 25685 yerli müşahidəçi akkreditasiyadan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.