AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı-Kazan reysi niyə ləğv edildi?

Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan bildirilib.
Qeyd edilib ki, bu qərar Kazan üzərində "Kovyor" planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.
Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.