BAKI, 8 yanvar — Sputnik. Milli Məclisin deputatları Rəşad Mahmudov və Fazil Mustafa Ümrə ziyarətində olublar. Bu barədə deputat Rəşad Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.
Millət vəkilləri xüsusi zəvvar libası geyinərək Kəbənin ətrafına dolanıb, məsciddə namaz qılıb, dua ediblər.
Xatırladaq ki, Ümrə, Həcc mövsümü xaricində Kəbəni ziyarət edən müsəlmanlara aiddir. Ümrə ziyarət deməkdir. Ümrə ilin istənilən günündə yerinə yetirilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.