"Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə qarşı haqsızlıq edilir. Şöbədə peşəkar həkim yoxdur. 2023-cü ilin dekabrında mənim analizimdə faktor dərəcəmin 6,6 olduğunu dedilər. Etiraz edib dedim ki, mənim faktor dərəcəm 6,6 ola bilməz. Dərmanı az-az verdilər. Daha sonra məcbur olub 2024-cü ilin dekabrın 25-də Moskvaya getdim. Moskvada mənim faktor dərəcəmin 1,9 olduğunu dedilər. Üç il məni yanlış müalicə ediblər. 1700 insana səhv diaqnoz qoyulubsa, bu biabırçılıqdır. Həkimlər elə rəftar edir ki, ora sanki ac olduğumuz üçün gedirik. Başa düşmürlər ki, biz müalicə və müayinə üçün gedirik", - deyə F.Əsgərov şikayətlənib.
"Sözügedən şəxs 2022-ci il ərzində 56.000 BV IX faktor konsentrati "Octanine", 2023-cü il ərzində ambulator olaraq 81.000 BV IX faktor konsetrati "Octanine", 2024-cü il ərzində isə 89.000 BV IX faktor konsentrati "Octanine" preparatı ilə ambulator olaraq təmin olunub. Bildiririk ki, hemofiliya xəstələri hər ay mütəmadi olaraq faktor konsertrati aldığı üçün illik nəzarət müayinələri zamanı faktorun aktivlik faizində müəyyən dəyişikliklər müşahidə oluna bilir", - deyə sorğuya cavabda bildirilib.